5 May 2025 / 15:36

Xaşmazda dəhşətli avtoqəza: atası uşağının yanında can verdi…

Xaçmazda ailəsi ilə birgə səfərdə olan sürücü hansısa səbəbdən idarəetməni itirib və dəhşətli anlar yaşanıb, avtomobil aşıb. Sürücü hadisə yerində həyatını itirib. Azyaşlı övladı, qaynanası və qayınatası ağır xəsarətlərlə xəstəxanadadır. Bu, bir statistika yox, bir ailənin faciəsidir. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bu barədə paylaşımında əlavə edib: “-Sükan arxasında yalnız özünüzün deyil, ailənizin də taleyinə cavabdehsiniz. Səfərə çıxmazdan əvvəl mütləq istirahət edin, avtomobilin texniki vəziyyətini yoxlayın. Sürətə yox, təhlükəsizliyə üstünlük verin. Uşaqlar üçün təhlükəsizlik kəməri həyat qədər vacibdir. Bir ailəni yol deyil, ehtiyatsızlıq məhv etdi.
Sizin ailəniz növbəti olmasın!”.
Bəli, avtomobilin dili, ağlı və fəhmi, hissiyatı yoxdur, bütün məsuliyyət sizin üzərinizdə qalır!
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!