Əsas məzmuna keç

Xəstəxananın doğum şöbəsində baş verən yanğında 15 körpə öldü

İlkin məlumatlara görə, Pakistanın paytaxtı İslamabadda bir xəstəxananın yeni doğulmuş körpələr şöbəsində baş verən yanğında 15 körpə həyatını itirib.

Tezadlar.az xəbər verir ki, Geo News-un məlumatına görə, yanğın yerli vaxtla saat 06:45-də İslamabaddakı Pakistan Tibb Elmləri İnstitutunun (PIMS) yeni doğulmuş körpələr şöbəsində kondisioner kompressorunun partlaması nəticəsində başlayıb.

Səlahiyyətlilər bir körpənin xilas edildiyini, 15 körpənin isə öldüyünü bildiriblər.

Xilasetmə qrupları yanğının söndürüldüyünü və hadisə yerində soyutma əməliyyatlarının davam etdiyini bildiriblər. Yanğının səbəbini müəyyən etmək üçün istintaq komitəsi yaradılıb.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…