Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 Avqust 2026 / 19:56

Xəzərdə qanunsuz balıq ovlayan saxlanıldı

Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.

Tezadlar.az DİN-ə istinadən məlumatına görə, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı Abşeron Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında qanunsuz ov edən şəxs müəyyən edilib.

Bildirilib ki, 30 yaşlı E. Çərkəzovun üzərindən qanunsuz balıq ovunda istifadə etdiyi sintetik torlar və ümumi çəkisi 26 kiloqram olan 95 ədəd müxtəlif növ balıq aşkarlanaraq götürülüb.

Araşdırma zamanı məlum olub ki, qanunsuz fəaliyyət nəticəsində təbiətə 1067 manat məbləğində ziyan dəyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!