Əsas məzmuna keç

Xəzərdə qanunsuz balıq ovlayan saxlanıldı

Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Tezadlar.az xəbər verir ki, su polisi əməkdaşlarının ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə qanunsuz balıq ovuna qarşı keçirdikləri tədbirlər zamanı Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan M.Xanməmmədov saxlanılıb. Həmin şəxsdən qanunsuz olaraq ovlanmış kütüm balıqları və müxtəlif növ ov qurğuları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…