2 Avqust 2026 / 16:37

Xocavənddə ANAMA əməkdaşı minaya düşdü…

Xocavənd rayonunda mina hadisəsi baş verib. Bu barədə tezadlar.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, hadisə avqustun 2-də Xocavənd rayonu ərazisində qeydə alınıb. Məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan özəl şirkətlərdən birinin əməkdaşı, 1985-ci il təvəllüdlü Əhədov Əhəd Sərvan oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs rayon mərkəzi xəstəxanasına təxliyə edilib. ANAMA-nın məlumatına əsasən, onun vəziyyəti qənaətbəxşdir, həyatı üçün təhlükə yoxdur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!