3 Mart 2026 / 04:58

Yaxın Şərq əməliyyatlarında ölənlərin sayı altıya çatıb – ABŞ Silahlı Qüvvələri

Yaxın Şərqdə döyüş əməliyyatlarında həlak olan Amerika hərbçilərinin sayı altıya çatıb.

Tezadlar.az bildirir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.

“2 mart saat 16:00-a (3 mart Bakı vaxtı ilə saat 01:00 – RED.) olan məlumata görə, döyüş əməliyyatlarında altı ABŞ hərbçisi həlak olub”, – deyə komandanlığın açıqlamasında bildirilir.

Onların İranın ilkin cavab zərbələri nəticəsində həlak olduğu və əvvəllər döyüşdə itkin düşmüş kimi siyahıya alındığı bildirilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!