Şəxsi məlumatları heç kimə göndərməyin – TƏHLÜKƏ VAR
***
Kiberdələduzlar hər gün yeni üsullardan və fərqli təkliflərdən istifadə edərək vətəndaşların bank hesablarına çıxış əldə etməyə çalışırlar.
Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev sosial media hesabında məlumat paylaşıb.
“• “Bankdan zəng edirik”;
• “Hədiyyə qazanmısınız”;
• “Uduşunuz var” — bu cür təkliflərə aldanmayın!
Bank və digər qurumların əməkdaşları şəxsi və bank məlumatlarını telefon, sosial şəbəkə və mesajlaşma tətbiqləri vasitəsilə tələb etmirlər.
CVV/CVC və OTP kodlarınızı heç kimə verməyin. Tanımadığınız linklərə daxil olmayın, şübhəli səhifələrdə kart məlumatlarınızı paylaşmayın.
Bir anlıq diqqətsizlik hesabınızdakı vəsaitin itirilməsi ilə nəticələnə bilər.
Şübhəli halla qarşılaşdıqda dərhal “102” Xidməti-Zəng Mərkəzinə müraciət edin”, – deyə o qeyd edib.
JASMİN







