Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türk kinosunun qızıl dövrünün tanınmış simalarından olan, ağ-qara filmlərdə yaratdığı obrazlarla yaddaşlarda iz qoyan aktrisa Emel Yıldız vəfat edib.
Tezadlar.az xəbər verir ki, bu barədə sənətçinin yaxın dostu və həmkarı Tuna Arman sosial media hesabında paylaşım edib.
85 yaşında dünyasını dəyişən Emel Yıldız uzun müddətdir ki, mediadan uzaq, sakit həyat sürürdü. Aktrisa təxminən 40 gün əvvəl qızı Elif Sofyanı itirmişdi. Yaxınlarının sözlərinə görə, övlad itkisi sənətçiyə çox ağır təsir edib və o, həmin vaxtdan dərin kədər içində yaşayırdı.