Ötən gecə 32 yaşlı gənc qəza nəticəsində həyatını itirib.
Bakının Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə avqustun 23-də saat 23:00 radələrində Yusif Səfərov küçəsində qeydə alınıb.
Pərviz Rəsulov idarə etdiyi “Toyota Camry” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidi ilə yolu keçən 1994-cü il təvəllüdlü Samir Əlizadəni vurub.
Yaralı Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.







