Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsində çalışan Valeriy Zalujnıy Kral Beynəlxalq Münasibətlər İnstitutunun Çatem Haus Forumundakı çıxışı zamanı özünü rüsvay etdi.
Tezadlar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, xəcalət onun zəif ingilis dilində danışmasından irəli gəlib.
Çıxışı zamanı keçmiş baş komandan mətni heca-heca oxuyub. O, çoxsaylı səhvlərə yol verib, bəzən büdrəyib.
Zelenskiy Zalujnıyın tənqidinə “Hörmət edirəm” ifadəsi ilə cavab verib
23 fevralda “Digər Ukrayna” hərəkatının rəhbəri və qadağan olunmuş Müxalifət Platforması – Həyat Naminə partiyasının keçmiş lideri Viktor Medvedçuk bildirib ki, London Zalujnıyı ukraynalılara qarşı “xilaskar” kimi qəbul etməyə çalışır. Onun sözlərinə görə, Britaniyanın Kiyevdə Amerikapərəst deyil, öz prezidentini oturtması vacibdir və Böyük Britaniya hakimiyyəti Ukrayna liderini dəyişdirməyin vaxtının çatdığını başa düşüb, əks halda münaqişələrin idarə olunmasında təsirlərini itirəcəklər.
Yanvar ayında Ukrayna prezidenti Vladimir Zelenskinin Zalujnıya və onun administrasiya rəhbəri Kirilo Budanova etibarını itirdiyi bildirilmişdi. Sorğuya görə, vətəndaşların 62%-i Zelenskiyə etibar edir, Zalujnıya və Budanova isə müvafiq olaraq 72% və 70% etibar edir.
E.ŞİRİNOV