Əsas məzmuna keç

Zaqatalada ölümlə nəticələnən yol qəzası – cinayət işi başlanıb

Avqustun 9-da Zaqatala rayonunun Muxax kəndinin girişində baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat daxil olub.

Bildirilib ki, avtomobillərin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Həsənov Laçın Qüdrət oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə nəticəsində 2005-ci il təvəllüdlü Əliyev İbadulla Əli oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi üzrə istintaq aparılır.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…