Dünya
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında Katex çayına sel gəlməsi nəticəsində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Tezadlar.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumat əsasında FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri hadisə yerinə cəlb edilib.
Nazirliyin həyata keçirdiyi xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan beş nəfər təhlükəsiz əraziyə çıxarılıb.
