Zelenski ABŞ danışıqları fonunda sülhə nail olmağın 3 şərtini açıqladı

Oxunma sayı: 32

Hazırda Ukrayna nümayəndələrinin ABŞ-la danışıqları davam edir. Bu arada  Zelenski sülhə nail olmaq üçün üç şərtini bəyan edib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak Avropa və ABŞ üçün üç əsas “kritik vacib” şərti, o cümlədən Rusiyaya siyasi və maliyyə təzyiqlərini artırmağı qeyd edib ki, onların yerinə yetirilməsi Ukraynada uzunmüddətli sülhü təmin edəcək. Bu barədə həm də Britaniyanın “The Guardian” nəşrində Yermakın köşə yazısı yerləşdirilib. Yermakın çıxışında deyilir: “Birincisi, Ukrayna gələcək atəşkəs sazişinin etibarlılığını təmin edəcək təhlükəsizlik zəmanətləri ilə təmin edilməlidir. İkincisi, Avropa Rusiyaya qarşı sanksiyaları gücləndirmək və artırmaq üçün qətiyyətlə hərəkət etməlidir. Üçüncüsü, Avropa Ukraynaya daha çox dəstək vermək üçün dondurulmuş Rusiya aktivlərinə nəzarətə malik olmalıdır, bu gələcəkdə Ukraynamın bərpası üçün çox vacibdir”.

 

Xəbəri paylaş