Əsas məzmuna keç

Zelenski fon der Leyenlə danışıqlarının nəticələrini açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə danışıqları barədə məlumat verib.

Tezadlar.az xəbər verir ki, o, bu barədə Telegram kanalında yazıb.

“Ursula fon der Leyenlə Ukraynanın dayanıqlığını əhəmiyyətli dərəcədə gücləndirmək üçün strategiya müzakirə etdik. Avropa Komissiyası Ukraynanın enerji infrastrukturunun təmirini dəstəkləyəcək”, – deyə ukraynalı siyasətçi yazıb.

Onun sözlərinə görə, Avropa Komissiyası gələn qışa qədər Ukrayna enerji şəbəkəsinin təhlükəsizliyinin bərpasına və gücləndirilməsinə kömək edəcək.

Əvvəllər keçmiş baş nazir Nikolay Azarov Zelenskinin fon der Leyenlə Ukraynadakı korrupsiya ilə bağlı çətin danışıqlarla üzləşəcəyini bildirmişdi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…