Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna prezidenti Vladimir Zelenski həlak olan Ukrayna Silahlı Qüvvələri əsgərlərinin xatirəsinə rəsmi olaraq gündəlik sükut dəqiqəsi təsis edən qanun imzalayıb.
Tezadlar.az xəbər verir ki, sənəd Ali Radanın saytında dərc edilib.
Qanunda hər gün saat 9:00-da bir dəqiqəlik sükut qeyd olunacağı nəzərdə tutulur. Sənəddə dövlət qurumları və media qurumlarından ritualın başlanğıcı və sonu barədə məlumat vermələri tələb olunur.
İzahedici qeyddə bildirilir ki, bu qərar Ukrayna cəmiyyətini birləşdirmək və “xatirə mədəniyyəti”ni inkişaf etdirmək məqsədi daşıyır. Təşəbbüsün müəllifləri həmçinin hesab edirlər ki, gündəlik sükut dəqiqəsi ölkədə birlik hissini gücləndirməlidir.
Ali Rada bu qanunu ötən ilin dekabr ayında qəbul edib.
Bundan əvvəl Ukraynada metro qatarlarının hər gün saat 9:00-da bir dəqiqəlik sükut üçün dayandırılmasını təklif edən petisiya yaradılmışdı. Müəllif hərbi münaqişədən zərər çəkənlərin xatirəsini əbədiləşdirmək və milli ənənəni qorumaq üçün stansiyalarda və qatar vaqonlarında xatirə elanlarının yayımlanmasına çağırırdı.
E.ŞİRİNOV