Əsas məzmuna keç

ZELENSKİ KRIMIN AZAD OLUNMASINA ƏMR VERDİ

“Krımın azad olunması üçün quru əməliyyatlarına başlayacağıq”.

Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib. O bildirib ki, yarımadanın Rusiya işğalından azad edilməsi uzaqda deyil: “Biz ərazilərimizi geri qaytaracağıq”. Xatırladaq ki, Ukrayna kəşfiyyatçıları Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadada avqustun 24-də xüsusi əməliyyat keçirib.
Qeyd edək ki, rəsmi Kiyevin mövqeyinə görə, müharibə Ukraynanın ərazi bütövlüyünün bərpa olunması, o cümlədən Krımın azad edilməsi ilə başa çatmalıdır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…