Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İtaliya Yaxın Şərqdə vəziyyətin sabitləşməsi səyləri çərçivəsində Qəzzada və Fələstinin digər ərazilərində yeni polis qüvvələrinin təlimində iştirak etməyə hazırdır.
Tezadlar.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani Romada keçirilən mətbuat konfransında deyib.
“Biz Qəzzanın yeni polisinə, eləcə də Fələstin polisinə təlim keçməyə hazırıq”, – o qeyd.
Tayani həmçinin İtaliyanın Sülh Şurasına qatılmaq niyyətində olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Roma fevralın 19-da Vaşinqtonda keçiriləcək Şuranın 1-ci iclasına dəvət olunub.