14 min miqrant tövbə etdikləri üçün məsuliyyətdən yayınıb

Onların arasında pedofillər, təcavüzkarlar və narkotik satıcıları da var

Böyük Britaniyada təcavüzkarlar və narkotik satıcıları da daxil olmaqla 14.000-dən çox miqrant cinayətkar tövbə etdikləri üçün azadlığa buraxılıb.

Tezadlar.az xəbər verir ki, bu rəqəmləri “The Daily Mail” açıqlayıb.

Təkcə son üç ildə 412.000-dən çox cinayətkar məhkumluqdan yayınıb. Bu, az ağır cinayətlər törətmiş cinayətkarların tövbə etdikləri təqdirdə əfv olunmasına imkan verən sözdə “yumşaq qanun”la bağlıdır.

Məqalədə deyilir: “Lakin rəqəmlər göstərir ki, “yumşaq qanun” ağır cinayətlərlə mübarizə aparmaq üçün istifadə edilib”.

Məhkəmə tərəfindən əfv edilənlər arasında miqrant pedofillər və təcavüzkarlar da daxil olmaqla cinsi cinayətlər törətmiş 2949 nəfər və yüzlərlə narkotik satıcısı var.

Əvvəllər 262 cinayətkarın səhvən Böyük Britaniya həbsxanalarından azad edildiyi bildirilirdi.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti