Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2025-ci ildə təxminən 30.000 qanunsuz miqrant Belarus-Polşa sərhədini keçməyə cəhd edib.
Tezadlar.az bildirir ki, “RİA Novosti” agentliyinin məlumatına görə, bu barədə Polşa Daxili İşlər və Administrasiya naziri Marçin Kervinski məlumat verib.
Daxili işlər nazirinin sözlərinə görə, Polşa sərhədinin Belarus hissəsinin təhlükəsizliyi hazırda 98%-dir. Kervinski bildirib ki, Donald Tusk hökuməti son illərdə sərhəd möhkəmləndirilməsinə təxminən 580 milyard dollar xərcləyib.
Sentyabr ayında miqrantların Belarus tərəfindən tunel vasitəsilə Polşaya girməyə cəhd etdiyi bildirilirdi.
Bundan əvvəl Polşa sərhədçilərinə Molotov kokteyli atılıb. Hadisə Çeremxa kəndi yaxınlığında baş verib. Polşa Daxili İşlər və Administrasiya Nazirliyinin sözçüsü Yaçek Dobrzinskinin sözlərinə görə, “hasarın o biri tərəfindəki” insanlar Polşa sərhədçilərinə daş atıblar, daha sonra onlara Molotov kokteyli atılıb. Yolda bir şüşə sınıb və tökülən maye alışıb. Xəsarət alan olmayıb. Sərhədçilər 10 əcnəbini (beşi Əfqanıstan və beşi Eritreya vətəndaşı) saxlayıblar.
E.ŞİRİNOV