Səhiyyə Nazirliyi niyə “Laser Beauty Klinika”nın öhdəsindən gələ bilmir?

Oxunma sayı: 56

Səhiyyə Nazirliyi “Laser Beauty Klinika”da kompleks yoxlama aparıb. Tezadlar.az Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə istinadla bildirir ki, nazirliyin adından yoxlamanın nəticəsinə dair yekun açıqlamada deyilir: “Xatırladaq ki, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Klinikası”nın həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə dayandırılmış, müəssisəyə martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub. Lakin orada tibbi prosedurların davam etdirilməsi barədə məlumatlar alınıb. Bununla əlaqədar olaraq, baş həkim Rəna Soltanovanın iştirakı və təqdim etdiyi sənədlər əsasında klinikada Səhiyyə Nazirliyi tərəfindən yoxlama keçirilib. Yoxlamanın nəticəsi olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə müvafiq olaraq, “LASER BEAUTY ESTETİK KLİNİKASI” MMC-yə inzibati xəta haqqında protokol tərtib edilmiş və Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib”.

 

Xəbəri paylaş

22 Aprel