Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…BU QƏRAR TƏBİİ Kİ, AZƏRBAYCANA AİD DEYİL, AZƏRBAYACANA DAHA ÇOX AVTOMOBİL İDXAL EDİLƏN GÜRCÜSTANDADIR…Lakin məsələ ondadır ki, Azərbaycanın avtomobil həvəskarları və ticarətini edənlər daha baha avtomobil gətirməli olacaqlar. Çünki ili təzə avtomobillərin qiymətində köhnələrlə müqayisədə böyük fərq var…
***
Beləliklə, tezadlar.az xatırladır ki, Gürcüstan Parlamentinə 6 ildən artıq yaşı olan avtomobillərin ölkəyə idxalına qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi təqdim olunub. Barədə Baş nazir İrakli Kobaxidze hökumətin bugünkü iclasında bildirib. Onun sözlərinə görə, 2012-ci ildə Gürcüstanda 864 min avtomobil qeydiyyatda olub, cari ilin göstəricilərinə əsasən isə bu rəqəm 2 milyonu ötüb: “Gürcüstanda avtonəqliyyat vasitələrinin sayı son illər ərzində əhəmiyyətli dərəcədə artıb. 2012-ci ildə ölkədə 864 min avtomobil qeydiyyatda idi, bu ilin məlumatlarına görə isə bu göstərici 2 milyonu keçib. Görürük ki, söhbət hansı miqyasdan gedir. Avtomobillərin sayının belə artımı bir tərəfdən yol hərəkətinin yüklənməsinə, digər tərəfdən isə ekoloji vəziyyətin pisləşməsinə səbəb olur. Buna görə də hesab edirik ki, burada çox mühüm tədbirlərin görülməsi zəruridir. Bu məqsədlə parlamentə 6 ildən artıq yaşı olan avtomobillərin idxalına qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi təqdim etmişik. Kiçik istisnalar nəzərdə tutulacaq. Lakin hesab edirik ki, prinsip etibarilə 6 ildən artıq yaşı olan avtomobillər ölkəyə gətirilməməlidir. Bu, ekologiya, insan sağlamlığı və vətəndaşların rahat hərəkətinin təmin olunması baxımından mühümdür”.
Heç şübhəsiz ki, bu qərar Azərbaycanın avtomobil bazarında ciddi qiymət dəyişikliyinə səbəb olacaq.
A.Məmmədli