24 Noyabr 2025 / 08:44

Merts Cenevrədə danışıqları belə qiymətləndirdi

Almaniya kansleri Fridrix Merts Cenevrədə Ukrayna ilə bağlı davam edən danışıqları olduqca çətin adlandırdı.

Tezadlar.az xəbər verir ki, o, qiymətləndirməsini ProSieben və Sat1 televiziya kanallarına verdiyi müsahibədə bölüşüb.

“Eşidirəm ki, bunlar olduqca çətin danışıqlardır, çünki ciddi vaxt təzyiqi altında diqqət atəşkəsə mümkün qədər tez nail olmağa yönəlib”, – Merz deyib.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak əvvəllər Cenevrədə ABŞ nümayəndə heyəti ilə danışıqların ilk sessiyasının başa çatdığını elan etmiş və bunu “çox məhsuldar” adlandırmışdı.

Əvvəllər “The Washington Post” sənədlərə istinadən Ukrayna üçün alternativ AB planının təfərrüatlarını açıqlamışdı. Avropalılar ərazi məsələlərini yalnız atəşkəsdən sonra həll etməyi təklif edirlər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!