Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni COP31-ə ev sahibliyi etmək üçün seçildiyinə görə təbrik edib. Tezadlar.az xəbər verir ki, bu barədə nazirlik “X” platformasında paylaşım edib. Sitat: “Qardaş Türkiyəni BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP31) Tərəflər Konfransının 31-ci sessiyasına ev sahibliyi etmək üçün seçildiyinə və Avstraliyanı Danışıqlar üzrə Prezident seçilməsi münasibətilə ürəkdən təbrik edirik. COP29-un Prezidenti olaraq, Azərbaycan bu vacib missiyanın uğurla həyata keçirilməsini dəstəkləmək üçün səylərini əsirgəməyəcək. Hər iki ölkəyə uğurlar arzulayırıq və əminik ki, COP31 iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə mühüm töhfələr verəcək”.
Braziliyada keçirilən COP30 sammitində danışıqlara rəhbərlik edən Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, 2026-cı ildə keçiriləcək COP31-ə Türkiyənin sədrlik və ev sahibliyi edəcəyini açıqlayıb.