Əsas məzmuna keç

8 nəfər Gürcüstandan Türkiyəyə ekstradisiya edildi

Türkiyədə “qırmızı bülleten”lə axtardığı üç və barələrində beynəlxalq səviyyədə axtarış verdiyi beş nəfər Gürcüstandan ölkəyə gətirib. Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” səhifəsində məlumat paylaşıb. Onun sözlərinə görə, həmin şəxslər soyğunçuluq, oğurluq, həbsxanadan qaçmaq, hədə və hiylə yolu ilə insanların azadlığına qəsd, rəsmi sənədlərin saxtalaşdırılması, qəsdən xəsarət yetirmə, oğurluq, mənzil toxunulmazlığı hüququnu pozmaq, rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayətlərdə ittiham olunaraq barələrində yerli və beynəlxalq səviyyədə axtarış elan edilmişdi.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…