Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəhayət, Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli də Türkiyədə saxlanılıb. Tezadlar.az- ın məlumatına görə, bu barədə onun özü məlumat yayıb. Əldə olunan məlumata görə, Gültəkin Hacıbəyli İstanbul Atnavutköy deportasiya məntəqəsinə gətirilib, onunla bağlı sənədləşmə başa çatdıqdan sonra Azərbaycana deport ediləcəyi gözlənilir.
Qeyd edək ki, dünən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri ( AXCP) Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb və onlar dindirilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə ( DTX) aparılıblar. Məlumata görə, onun dindirilməsi və istintaqa cəlb edilməsi prosesi Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.