Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sabah BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı açıq iclas nəzərdə tutub. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə məlumatı Sloveniyanın BMT-dəki Daimi Nümayəndəliyinin mətbuat xidməti yayıb.
Qeyd: Sloveniya dekabr ayında Şuraya sədrlik edir. İclasın yerli vaxtla saat 10:00-da başlaması planlaşdırılır. Məlumatda deyilir ki, iclasın keçirilməsi təşəbbüsü Sloveniyanın milli müraciəti əsasında baş tutub və Danimarka, Fransa, Böyük Britaniya, Yunanıstan və Cənubi Koreya tərəfindən dəstəklənib. İlkin məlumata görə, iclasda məqsəd ilkin olaraq Trampın sülh təşəbbüsü başa çatana kimi cəbhədə döyüşlərin dayandırılmasıdır. Lakin faktlar göstərir ki, Putin, əksinə, Ukraynanı daha sərfəli şərtlərinə razı salmaq üçün hər gün daha intensiv əməliyyatlar həyata keçirməyə çalışır.
A.Məmmədli