Əsas məzmuna keç

BMT Təhlükəsizlik Şurası sabah Ukraynaya dair iclas keçirəcək ki…

Sabah BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı açıq iclas nəzərdə tutub.  Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə məlumatı Sloveniyanın BMT-dəki Daimi Nümayəndəliyinin mətbuat xidməti yayıb.

Qeyd: Sloveniya dekabr ayında Şuraya sədrlik edir. İclasın yerli vaxtla saat 10:00-da başlaması planlaşdırılır. Məlumatda deyilir ki, iclasın keçirilməsi təşəbbüsü Sloveniyanın milli müraciəti əsasında baş tutub və Danimarka, Fransa, Böyük Britaniya, Yunanıstan və Cənubi Koreya tərəfindən dəstəklənib. İlkin məlumata görə, iclasda məqsəd ilkin olaraq Trampın sülh təşəbbüsü başa çatana kimi cəbhədə döyüşlərin dayandırılmasıdır. Lakin faktlar göstərir ki, Putin, əksinə, Ukraynanı daha sərfəli şərtlərinə razı salmaq üçün hər gün daha intensiv əməliyyatlar həyata keçirməyə çalışır.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…