11 Dekabr 2025 / 09:26

Hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan pilotsuz təyyarəni vurub

Moskva meri Sergey Sobyanin 10 dekabr axşamı hava hücumundan müdafiə qüvvələrinin paytaxta doğru uçan pilotsuz təyyarəni vurduğunu açıqlayıb.

Tezadlar.az xəbər verir ki, Sobyanin özünün Telegram kanalında yazıb: “Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan pilotsuz təyyarəni vurub. Təcili yardım xidmətləri qəza yerində işləyir”.

Daha əvvəl Rusiya Müdafiə Nazirliyi Moskva vaxtı ilə saat 15:00 ilə 20:00 arasında Moskva bölgəsi üzərində bir PUA-nın vurulduğunu bildirmişdi. Rusiyanın digər bölgələri üzərində daha 30 Ukrayna pilotsuz təyyarəsi məhv edilib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!