Moskva meri Sergey Sobyanin 10 dekabr axşamı hava hücumundan müdafiə qüvvələrinin paytaxta doğru uçan pilotsuz təyyarəni vurduğunu açıqlayıb.
Tezadlar.az xəbər verir ki, Sobyanin özünün Telegram kanalında yazıb: “Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan pilotsuz təyyarəni vurub. Təcili yardım xidmətləri qəza yerində işləyir”.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi Moskva vaxtı ilə saat 15:00 ilə 20:00 arasında Moskva bölgəsi üzərində bir PUA-nın vurulduğunu bildirmişdi. Rusiyanın digər bölgələri üzərində daha 30 Ukrayna pilotsuz təyyarəsi məhv edilib.
E.ŞİRİNOV







