Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən cümə günü Ukrayna dronları tərəfindən hücuma məruz qalan Rusiyanın Yaroslavl bölgəsindəki (Moskvadan 250 km məsafədə) “Slavneft-YANOS” neft emalı zavodu yanacaq istehsalını dayandırıb. Tezadlar.az Reuters-ə istinadla xəbər verir ki, yanğın zavodun tutumunun üçdə birini təşkil edən AVT-4 qurğusuna ciddi ziyan vurub. Neft yükləmə dayağı da zədələnib. “The Moscow Times” qəzetinin məlumatına görə, Rusiyada ən böyük beş zavoddan biri olan və “Rosneft” və “Qazprom”a məxsus olan bu neft emalı zavodu dekabr ayında istehsalı dayandıran ikinci böyük neft emalı zavodu olub. Keçən il zavod 2,6 milyon ton benzin, 4 milyon ton dizel yanacağı və 4,7 milyon ton mazut istehsal edib. Bir həftə əvvəl, ildə 8,5 milyon ton tutuma malik “Rosneft”in “Sızran” neft emalı zavodu da dron hücumu səbəbindən neft emalı əməliyyatlarını dayandırıb.
Xatırladaq ki, Ukrayna DTX-nin “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzindən qalxan uzaqmənzilli dronlar Lukoil-Nijnevoljskneft şirkətinə məxsus Filanovski neft platformasına da zərbələr endirib.
A.Məmmədli