Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Biz Gürcüstan hökumətini deyil, gürcü xalqını dəstəkləyirik”. Tezadlar.az xəbər verir ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldəki Avropa Şurasının sammitinin başlanmasından əvvəl jurnalistlərin suallarına cavab verərkən, Gürcüstan hökumətini sərt tənqid edib. Kallas, Gürcüstanın Avropa İttifaqı istiqamətində irəliləməsi üçün hökumətin daha doğru addımlar atması lazım olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Gürcüstan hökuməti ölkəni səhv istiqamətdə aparır və bu yol Avropa İttifaqına inteqrasiya ilə uyğun deyil: “Gürcüstan hökuməti səhv istiqamətdə irəliləyir. Bu yol Avropa İttifaqı istiqamətində deyil. Gürcü xalqına verdiyimiz güclü mesaj budur: Biz onların yanında dayanırıq. Lakin hökumət səhv addımlar atmağa davam edərsə, biz namizəd ölkə statusu prosesində heç bir irəliləyişə getməyəcəyik”, – deyə Kallas vurğulayıb.
O, Avropa İttifaqının, Gürcüstanın Avropa inteqrasiyasına dəstəyini davam etdirəcəyini, lakin hökumətin siyasətindəki dəyişiklikləri gözləyəcəyini açıqlayıb.