Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan yanacağı əldə etmək üçün növbələr olduğu barədə məlumat əldə etdiyini deyib. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, Mirzoyan bu barədə mətbuata açıqlaması zamanı danışıb. Sitat: “Sülh bərqərar olub, əməkdaşlıq cəhdləri var. Amma bu, bütün lazımi addımları atdığımız anlamına gəlmir. Ermənistan Azərbaycanla birbaşa ticarətin qurulmasını müzakirə edir. İnanıram ki, sülhün təsis edilməsi yolu ilə nə qədər irəliləsək, cəmiyyətimizdə mövcud olan psixoloji çətinlikləri bir kənara qoysaq, təcrübəyə əsaslanan əməkdaşlıqda nə qədər irəliləsək, bu cür ssenarilər bir o qədər real olacaq”.