Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 Yanvar 2026 / 15:27

Hacıqabul Quşçuluğun istehsal etdiyi yumurtalar mağazalarda kənd yumurtası qiymətinə satılır – fotolar

Bakı şəhərində yerləşən marketlərdən birindən alış-veriş edərkən 10 ədədlik yumurta qutusu götürdüm, lakin üzərində qiymət yazılmamışdı.

Tezadlar.az  xəbər verir ki, bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir.

Vurğulanır ki, alış-verişdən sonra mağazadan verilən çekdən məlum olub ki, 10 ədəd yumurta üçün istehlakçı 3 manat 15 qəpik pul ödəyib, yəni bir ədədinin qiyməti 31 qəpikdən də baha…

Həmin çeki də təqdim edirik:

İstehlakçı maraqlanır ki, necə ola bilir ki, Hacıqabul Quşçuluğun istehsal etdiyi yumurtanın bir ədədi bu qədər baha qiymətə satılır, hansı ki, kənd yumurtasının qiyməti 30 qəpiyədir.

Bizə də çox maraqlıdır ki, Hacıqabul Quşçuluq Şirkəti MMC-yə məxsus broyler toyuqların yumurtası niyə alıcılara bu qədər baha qiymətə  satılır?

Qeyd edək ki, mağazalarda broyler toyuqların yumurtasının ədədi 19-20 qəpiyə satılır. Bu da foto fakt:

 

 

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!