Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 Yanvar 2026 / 17:33

Milli qərənfillərimiz Efiopiyadakından niyə ucuz tutulur?

…Azərbaycanda qərənfil 20 yanvar şəhidliyimizdən sonra xüsusi status qazandı. Bu gün də şəhidlərimiz qərənfilin qan rəngli qönçələri ilə salamlanır… Amma nədənsə, indi özümüzün qərənfillərimiz xaricdən gətirilənlərdən ucuz tutulduğundan xoşagələn olmur.
İqtisadçı -ekspert Natiq Cəfərli də, bizcə, elə bunu deyir: “Millət, gözümüz aydın olsun, Azərbaycan xarici ölkələrdən, o cümlədən Efiopiyadan qərənfil almağa başlayıb – 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən 188 min ABŞ dolları dəyərində 2,72 milyon ədəd qərənfil gətirilib. Gömrük sənədlərinə əsaslansaq, 2 mln. 720 min ədəd qərənfilə 319 min 600 manat vəsait ödənilib, yəni, 1 qərənfil ölkəyə, təqribən, 12 qəpiyə başa gəlib. Ölkədə bu məhsul başa gəldiyi qiymətdən 5-6 dəfə baha satılır – bu ayrı problemdir, əsas məsələ odur ki, SSRİ dövründə 270 mln.-luq sovetləri Azərbaycan, az qala, təkbaşına qərənfillə təmin edirdi, amma indi Efiopiyadan gül almağa məcburuq…”.
***

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, yuxarıda təqdim edilən rəqəmlər 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər  ifadəsində 63 %, kəmiyyət olaraq – 72 % çoxdur. Məsələn, hesabat dövründə Azərbaycan Türkiyədən 146,5 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 76 % çox) 2,46 milyon ədəd (+68 %), Çindən 22,82 min ABŞ dolları dəyərində 214 min ədəd (1 il əvvəl tədarük olmayıb), Kolumbiyadan 10,14 min ABŞ dolları dəyərində (-13 %) 22,12 min ədəd (-4 %), Ekvadordan 4,12 min ABŞ dolları dəyərində (-73 %) 15,15 min ədəd (-78 %), Niderlanddan 2,44 min ABŞ dolları dəyərində (+37 %) 2,44 min ədəd (-24 %) məhsul alıb. Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Efiopiyadan tədarük (0,62 min ABŞ dolları dəyərində 0,82 min ədəd) həyata keçirilib.

Bəs aqrar sahələrimizə cavabdehlər niyə yerli bazarın öz qərənfillərimizlə təminatında maraqlı deyillər? Belə çıxır ki, daxili istehsal sərfəli deyil?! Yaxud, axı niyə əkin-biçinlə məşğul olmaq gəlirli və sərfəli, səmərəli olmasın? Axı, Abşeronda qərənfil yetişdirilməsi sahəsində əla təcrübə də var. Bu təcrübə həm də vərdişdir, ənənədir… Onu qoruyub saxlamaq lazımdır…

Səbuhi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!