Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Çoxdan müzakirə edilən bir məsələ də həlli tapmaq üzrədir. Tezadlar.az xatırladır ki, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” yeni redaksiyada təsdiq olunub. Bu barədə ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Bu Qərar qüvvəyə mindiyi tarixədək baş vermiş və (və ya) bu tarixdən sonra davam edən sosial sığorta hadisəsinə görə məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi həmin tarixə qüvvədə olan normalara uyğun həyata keçiriləcək. Bu Qərar qüvvəyə mindiyi tarixədək təyin edilmiş və ödənişi davam edən məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (3 yaşınadək uşağa qulluğa görə müavinət istisna olmaqla) ödənişinin bu Qərarın qüvvəyə minməsi ilə əlaqədar dayandırılmasına və yenidən hesablanmasına yol verilmir.