Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.
Bu gün Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bəlli olacaq. Komandalar püşkdən əvvəl qruplara bölünüb.
Səpələnmişlər səbətində yer alan “köhlən atlar” Bosniya və Herseqovinanın “Zrinski”, Polşanın “Lex”, Maltanın “Hibernians”, Şimali Makedoniyanın “Şkupi” və Gürcüstanın “Dinamo” (Batumi) komandalarından birinə rəqib olacaq.
1-ci qrup
Səpələnmişlər
“Lüdoqorets” (Bolqarıstan)
ÇFR (Rumıniya)
“Ferentsvaroş” (Macarıstan)
“Maribor” (Sloveniya)
“Düdelanj” (Lüksemburq)
Səpələnməmişlər
“Sutyeska” (Monteneqro)
“Şaxtyor” (Soliqorsk, Belarus)
“Tobol” (Qazaxıstan)
“Pünik” (Ermənistan)
“Tirana” (Albaniya)
2-ci qrup
Səpələnmişlər
“Malmö” (İsveç)
“Budye Qlimt” (Norveç)
HIK (Finlandiya
TNS (Uels)
“Jalgiris” (Litva)
Səpələnməmişlər
“Linfild” (Şimali İrlandiya)
“Klasksvik” (Farer adaları)
İlkin mərhələnin qalibi
RFŞ (Latviya)
“Balikani” (Kosovo)
3-cü qrup
Səpələnmişlər
“Qarabağ” (Azərbaycan)
“Şerif” (Moldova)
“Slovan” (Bratislava, Slovakiya)
“Linkoln” (Cəbəllütariq)
“Şemrok Rovers” (İrlandiya)
Səpələnməmişlər
“Zrinski” (Bosniya və Herseqovina)
“Lex” (Polşa)
“Hibernians” (Malta)
“Şkupi” (Şimali Makedoniya)
“Dinamo” (Batumi, Gürcüstan).