Ötən gecə Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib. Tezadlar.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Əliyev Vüsal Cəmal oğlu və həyat yoldaşı 2001-ci il təvəllüdlü Əliyeva Natəvan Əmin qızı, həmçinin 2022 və 2025-ci il təvəllüdlü övladları dəm qazından zəhərlənib. Onlar dərhal xəstəxanaya çatdırılıblar və həyatlarına olan təhlükə aradan qaldırılıb.
Maarifləndirmə bu sahədə çox zəifdir: insanlar bilməlidir ki, plastik qapı- pəncərəli mənzil və ya evlərdə qaz sobasl yanırsa, mütləq havalıq açıq olmalıdır…
Səbuhi







