18 Fevral 2026 / 14:45

SON DƏQİQƏ: Ukrayna, Rusiya və ABŞ arasında sülh danışıqları başa çatdı

Ukrayna, ABŞ və Rusiya Federasiyasından olan nümayəndə heyətləri arasında Cenevrədə üçtərəfli danışıqlar başa çatıb.

Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, danışıqlar təxminən iki saat davam edib.

Rüstəm Umerovun mətbuat katibi Diana Davityan jurnalistlərə bildirib ki, “Bəli, hər iki qrupun danışıqları artıq başa çatıb”.

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqların “çətin, lakin işgüzar” olduğunu bildirib.

Onun sözlərinə görə, tezliklə yeni bir raund keçiriləcək. Lakin Ukrayna tərəfi hələlik bu açıqlamanı təsdiqləməyib.

Bir müddət əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov qeyd edib ki, məsləhətləşmələr siyasi və hərbi bloklar daxilində qruplar şəklində aparılır.

“Dünən müzakirə edilən qərarların parametrlərini və mexanizmlərini dəqiqləşdirmək üçün çalışırıq. Əsaslı işə sadiqik. Nəticələr barədə daha sonra məlumat verəcəyik”, – Umerov yazıb.

İlk günün nəticələrindən sonra Umerov danışıqların “praktik məsələlərə və mümkün həll yolları mexanizmlərinə yönəldiyini” bildirib.

Bu arada, Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff görüşdən sonra “əhəmiyyətli irəliləyiş” olduğunu bəyan edib. O, həmçinin qeyd edib ki, hər iki tərəf müvafiq liderlərini məlumatlandırmaq və razılaşma üzərində işləməyə davam etmək barədə razılığa gəliblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!