ABŞ prezidenti Donald Tramp Ukrayna və İranla bağlı danışıqların nəticələri barədə məlumatlandırılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.
ABŞ-ın əsas sözçüləri – prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşnerə məlumat verilib.
“Prezident Tramp müşavirləri Uitkoff və Kuşnerlə görüşüb və İranla nüvə danışıqları, Rusiya-Ukrayna danışıqları və cümə axşamı keçirilməsi planlaşdırılan Qəzza Sülh Şurasının iclası ilə bağlı brifinq dinləyib”, – “Axios”un jurnalisti Barak Ravid bildirib.
Daha əvvəl Ağ Ev Ukrayna ilə bağlı yeni danışıqlar raundunun elan edildiyini açıqlayıb.
E.ŞİRİNOV







