19 Fevral 2026 / 04:51

Tramp Ukrayna və İranla bağlı danışıqların nəticələri barədə məlumatlandırılıb

ABŞ prezidenti Donald Tramp Ukrayna və İranla bağlı danışıqların nəticələri barədə məlumatlandırılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.

ABŞ-ın əsas sözçüləri – prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşnerə məlumat verilib.

“Prezident Tramp müşavirləri Uitkoff və Kuşnerlə görüşüb və İranla nüvə danışıqları, Rusiya-Ukrayna danışıqları və cümə axşamı keçirilməsi planlaşdırılan Qəzza Sülh Şurasının iclası ilə bağlı brifinq dinləyib”, – “Axios”un jurnalisti Barak Ravid bildirib.

Daha əvvəl Ağ Ev Ukrayna ilə bağlı yeni danışıqlar raundunun elan edildiyini açıqlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!