21 Fevral 2026 / 17:34

Sabaha güclü külək xəbərdarlığı gəldi…

Fevralın 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən tezadlar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Zəngilan, Daşkəsən, Goranboy, Mingəçevir, Qobustan, Siyəzən, Qusar, Neftçala, Biləsuvar, Salyan, Füzuli, Beyləqan, Cəlilabad, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!