26 Fevral 2026 / 12:13

“Artıq Xocalıda yeni bir səhifə açılır” – DEPUTAT

Bu gün Xocalı Soyqırımının 34-cü ildönümüdür. Ulu Öndər Heydər Əliyev Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına 2002-ci il 25 fevral tarixli müraciətində Xocalı faciəsinin 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu qeyd etmişdir.
Tezadlar.az  xəbər verir ki, bunu iqtisadçı-deputat Vüqar Bayramov bildirib.
O, vurğulayıb ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq:
“Bu gün isə Xocalı rayonunda yeni bir səhifə açılır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə işğaldan azad olunan bütün yaşayış məntəqələrində olduğu kimi, Xocalı da yenidən qurulur və inkişaf edir. Xocalı şəhəri və 7 kənd daxil olmaqla Xocalı rayonunda artıq 4 mindən çox sakin məskunlaşıb.
Xocalı şəhidlərimizi dərin hüzn və ehtiramla anırıq”, – deyə Vüqar Bayramov qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!