27 Fevral 2026 / 05:43

İran ABŞ ilə danışıqların üçüncü raundunu belə qiymətləndirir

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqların üçüncü raundunu qiymətləndirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” İran televiziyasına istinadən məlumat yayıb.

Əraqçinin sözlərinə görə, İran və ABŞ arasında danışıqların üçüncü raundu ən uzun və ən ciddi danışıqlardan biri olub. Bununla belə, o, tərəflərin sonda irəliləyiş əldə etdiklərini etiraf edib.

“Bunlar ən ciddi və ən uzun danışıqlardan bəziləri idi. Bu bir neçə uzun saat ərzində yaxşı irəliləyiş əldə etdik”, – deyə o bildirib.

Tərəflər arasında danışıqlar Cenevrədə baş tutub. Fasilələri çıxmaq şərtilə, danışıqlar ümumilikdə təxminən beş saat davam edib.

Daha əvvəl ABŞ İrana tələb irəli sürüb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!