Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Amerika liderinin sözlərinə görə, əməliyyat İslam Respublikasının nüvə və raket proqramlarına qarşı yönəlib
ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın başladığını elan edib. “Reuters” agentliyinin məlumatına görə, zərbələr həm havadan, həm də dənizdən endirilir.
Tezadlar.az Amerika liderinin əsas açıqlamalarını təqdim edir.
Tramp İrana qarşı hərbi əməliyyatın başladığını təsdiqləyib.
Onun sözlərinə görə, əməliyyat İslam Respublikasının nüvə və raket proqramlarına qarşı yönəlib.
O əlavə edib ki, əməliyyatın məqsədi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
Tramp ABŞ-ın “İranın raket sənayesini yerlə bir edəcəyini” bildirib.
ABŞ prezidenti İslam Respublikasının dəniz qüvvələrini məhv etmək əzmində olduğunu bildirib.
Tramp qeyd edib ki, ABŞ İrana qarşı əməliyyat zamanı itkilər verə bilər, lakin onları minimuma endirmək üçün əlindən gələni edir. ABŞ prezidenti İran qoşunlarını silahlarını yerə qoymağa və yerli sakinləri sığınacaqda qalmağa çağırıb, çünki “bombalar hər yerə düşəcək”.
Tramp iranlılara müraciət edərək ABŞ-ın İrana qarşı əməliyyatının nəsildə bir dəfə baş verən bir fürsət olduğunu bildirib.
O, ABŞ-ın İranla danışıqlarda “səbri tükəndiyini” söyləyib.
Tramp iddia edib ki, İranın ballistik raketləri bölgədəki ABŞ bazalarını, Avropadakı müttəfiqlərini təhdid edir və “tezliklə ABŞ-a çata bilər”.
E.ŞİRİNOV