Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın ölüm xəbərləri yalandır.
Tezadlar.az xəbər verir ki, İranın Xəbər Agentliyinin məlumatına görə, bu xəbərlər artıq onları yayan xəbər agentliyinin saytından yoxa çıxıb.
Agentlik qeyd edir ki, bazar günü axşam Tehranın Narmak rayonuna İsrail-ABŞ hücumu zamanı “Mahmud Əhmədinejadın şəhid olması ilə bağlı ziddiyyətli xəbərlər” dərc edilib.
“ILNA keçmiş prezidentin ölüm xəbərini yayıb. Lakin xəbər dərc edildikdən bir neçə dəqiqə sonra silinib. Bu arada, bəzi media orqanları Əhmədinejadın şəhid olması xəbərini təkzib edib və onu yalan hesab ediblər”, – “Xəbər Fouri” yazır.
Bu arada xarici media xəbər verir ki, Əhmədinejadın ailəsi və dostları onun ölüm xəbərini təkzib ediblər və “bu şayiələri tamamilə yalan adlandırıblar”.
Bir müddət əvvəl İranın ILNA xəbər agentliyi keçmiş prezidentin cangüdənləri ilə birlikdə ölüm xəbərini yayıb.
E.ŞİRİNOV