2 Mart 2026 / 04:16

Tramp ABŞ-ın İrana zərbələri dayandıracağı şərtlərini belə izah etdi

ABŞ prezidenti Donald Tramp Tehran danışıqlar yolu ilə Vaşinqtonu razı salarsa, İrana zərbələrin dayandırılmasını təklif edib.

Tezadlar.az bildirir ki, o, bu açıqlamanı “NBC News”-a verdiyi müsahibədə verib.

O qeyd edib ki, İslam Respublikası hələ də Amerika tərəfini razı sala bilməyib.

Xəbər verdiyimiz kimi, 28 fevral səhəri ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başladı. Amerika lideri xalqa müraciətində ABŞ və İsrailin İrana zərbələrini Tehranın nüvə ambisiyalarından imtina etmək istəməməsi ilə bağlı “tükənmiş səbr”lə əlaqələndirdi.

İslam Respublikasının paytaxtı da daxil olmaqla, çoxsaylı şəhərlərinə hücum edildi. Bir zərbə Ali Lider Əli Xameneinin iqamətgahına dəydi; o, sağ qalmadı. Cavab olaraq İran İsrailə və Yaxın Şərqdəki ABŞ hava bazalarına raket və pilotsuz təyyarələrlə zərbələr endirdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!