4 Mart 2026 / 11:20

Dubaydan Bakıya dönə bilməyən Elcan Rəsulov:” Pulu olmayanı otel də çıxarıb atır çölə”

“Hazırda Dubaydan Bakıya yalnız “FlyDubai” uçuş həyata keçirir. Dünən səhər saatlarında bir təyyarə sağ-salamat getdi, şükür. Saat 18:15-də qalxmalı olan təyyarə hələ də Dubaydadır. Adamlar artıq təyyarənin içində idilər və qalxmağını gözləyirdilər. Yəqin ki, Dubayda ABŞ konsulluğuna dron zərbəsindən sonra vəziyyət bir az qarışıb. Adamları artıq təyyarədən düşürüblər. Təyyarədə nasazlıq adıyla. İnşallah bu gecə yola düşərlər”.

Tezadlar.az   xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov sosial şəbəkədə yazıb. Hazırda Dubayda olan Elcan İranın raket hücumlarına görə, çox sayda insanın evinə qayıda bilmədiyini bildirib. O qeyd edib ki, insanların uçuşları ləğv olunsa da, qalmaları üçün heç bir yardım edilmir:

“AZAL sadəcə “e-mail” yazdı ki, reysiniz ləğv olunub. Nə mesaja cavab, nə başqa məlumat verirlər. Qayıtmaq bileti olan hamının son ümidi “FlyDubai” reysləridir. Hamı kimi mən də o reyslərin birinə bilet almışam. Bu gedişatla o reyslər də ləğv olunmasa yaxşıdır. Konsulluq da bir qrup yaradıb, hamımız o qrupdayıq, hər yarım saatdan bir eyni şablon mesajı yazıb yollayır. Qrupa da başqa heç kim heç nə yaza bilmir. Buraya gediş dönüş biletini, otelini əvvəlcədən alıb kiçik büdcəylə gələn adamlar var. Pulu olmayanı otel də çıxarıb atır çölə. Heç “FlyDubai”dən də bilet almağa imkanı da olmayacaq. Fakt bu dəqiqə Elçin adında həmyerlimiz parkda skamyanın üstündə gecələyir”.

elcan dubay
elcan dubay
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!