Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın yeni lideri kimi Müctəba Xameneinin seçilməsindən “məmnun deyil”.
Tezadlar.az xəbər verir ki, prezident Tramp “New York Post” qəzetinə verdiyi müsahibədə İranla bağlı son vəziyyəti belə qiymətləndirib.
Tramp İrandakı liderlik seçkilərini yaxından izlədiklərini və ABŞ-İsrail hücumunda həlak olan İran lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin ölkənin yeni lideri olması ilə bağlı “onun lider olmasından məmnun deyiləm” dediyini və Xamenei ilə hansı prosesi aparacağı barədə şərh vermədiyini bildirib.
İsfahan nüvə təsislərinə qoşun göndərmək planı yoxdur
ABŞ prezidenti həmçinin qeyd edib ki, İranın İsfahan şəhərində nüvə materiallarını “təhlükəsizləşdirmək” üçün Amerika qoşunlarının bölgəyə göndərilməsi planı yoxdur.
“Hələlik bu barədə qərar verməmişik, amma buna (bölgəyə qoşun göndərməyə) yaxın da deyilik”, – Tramp bildirib.
İranda Ekspertlər Məclisi fevralın 28-də ABŞ-İsrail hava hücumunda öldürülən Əli Xameneinin oğlu Müctəba Xameneinin “böyük səs çoxluğu” ilə lider vəzifəsinə seçildiyini elan edib.
E.ŞİRİNOV