10 Mart 2026 / 14:24

Fidan iranlı həmkarı Əraqçi ilə telefonla danışıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefonda danışıb. Fidan həmkarına “Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğu” mesajını çatdırıb.

Tezadlar.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefonda danışıb.

Xarici işlər naziri Fidan Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğunu bildirib və Türkiyənin buna qarşı bütün lazımi tədbirləri görməyə davam edəcəyini vurğulayıb.

Nazir Fidan bütün tərəflərin regional təhlükəsizliyə zərər verə biləcək və mülki şəxslər üçün risk yarada biləcək hərəkətlərdən çəkinməli olduğunu vurğulayıb.

Nazir Əraqçi Türkiyə hava məkanına yönəlmiş raketlərin İran mənşəli olmadığını və məsələ ilə bağlı hərtərəfli araşdırma aparılacağını bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!