Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Mart 2026 / 17:01

İran İsrail və ABŞ hədəflərinə yeni hücum təşkil edib

İran Tel-Əviv və Qüds ətrafındakı hərbi hədəflərə, eləcə də bölgədəki ABŞ hərbi bazalarına ağır döyüş başlıqları daşıyan raketlərlə hücumlar həyata keçirdiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu “Sadiq Vəd 4” Əməliyyatının 41-ci dalğasının bir hissəsi olaraq İsrail və ABŞ hədəflərinə yeni hücumların edildiyini açıqlayıb.

“Qüdsə Doğru” kod adı verilən hücumlar Təl-Əviv və Qüds ətrafındakı hərbi nöqtələri, eləcə də bölgədəki ABŞ hərbi bazalarını hədəf alıb.

Məlumatda hücumların çoxbaşlı Xorrəmşəhr raketləri, eləcə də bir tonluq döyüş başlığı daşıyan Xeybər-Şeyqan və səsdən sürətli Fəttah və Qədir raketləri ilə həyata keçirildiyi və kamikaze dronlarının atəşi ilə başladığı bildirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!